Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var
Sosial şəbəkələrdə "rent.yaxta", "yaxtaların icarəsi" və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.
Onların əməlləri ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər:
"Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər".
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
- Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim edən şəxs 100 minlik dələduzluq edib
- Bələdiyyə sədrinin bacısı ev dustağı olduğu müddətdə hakimlə prokurorun adından pul alıb
- 64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq
- Bakıda tənha qadının evi ələ keçirilib - İDDİA