Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yer kürəsində maqnit qasırğası başladı
Dekabrın 17-də səhər saatlarından Yer kürəsini zəif maqnit qasırğası bürüyüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında paylaşım edib.
Meteoroloq bildirib ki, maqnit qasırğası Moskva vaxtı ilə saat 8:21-də (Bakı vaxtı ilə 9:21 - red.) başlayıb və G1 sinfinə aid edilib.
Eyni zamanda, əvvəlki paylaşımda mütəxəssis qeyd edib ki, Yerdə maqnit qasırğasının yaranmasına sıx və sürətli Günəş küləyi axını səbəb olur. O, həmçinin, bunun uzun sürməyəcəyinə əminliyini də ifadə edib.
"Maqnit qasırğasının intensivliyi zəif səviyyəni keçməyəcək", - deyə Leus əlavə edib.
"Maqnit qasırğası" teqi üzrə xəbərlər
- Maqnit qasırğası zamanı səhhətdə yaranan problemlərdən xilas edən altı TÖVSİYƏ
- Yer kürəsində maqnit qasırğası kritik həddə çatır
- Alimlərdən Yeni il ərəfəsində güclü maqnit qasırğası XƏBƏRDARLIĞI
- Günəşdə çox sayda güclü partlayışlar baş verib: Maqnit qasırğası gözlənilir
- Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?