Qaradağda yol kənarındakı su hövzəsinə düşən maşının sürücüsü xilas edilib.
Oxu.Az-ın məlumatına görə, paytaxtın Qaradağ rayonunda "Lexus" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı su hövzəsinə düşüb.
Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.
Boğulma təhlükəsi ilə üzləşən sürücü polislərin köməyi ilə xilas edilib#qəza pic.twitter.com/leWRuP1A9Y
— Oxu.Az (@oxuaz) April 16, 2025