Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" və VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq VAZ-2107 markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Niyaz Eyvaz oğlu Bayramov, eləcə də sərnişinləri - 1992-ci il təvəllüdlü Rəşad İbrahim oğlu Nuriyev və 1989-cu il təvəllüdlü Sadıq Məhəmməd oğlu Sadıqovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Çaylı kəndi ərazisində VAZ-2107 və "Opel" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində üç nəfər - 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.