Qazax rayonunda partlayış olub.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki mənzillərin birinin hamam otağında baş verib.
Hamamda qızdırıcı sistemdə qazsızmadan partlayış olub. Hadisə nəticəsində ev sahibi, 1990-cı ilə təvəllüdlü Məmməd Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12