Qazax rayonunda gənc qız dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 29-da axşam saatlarında rayonun Daş Salahlı kəndində baş verib.
Qazaxda gənc qız faciəli şəkildə öldü - VİDEO
Kənd sakini 2008-ci il təvəllüdlü Ağgül Quliyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.