Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ikisi əcnəbi olmaqla üç nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, xəsarət alanlar - Kalenban Abulfazil Hüsenzadeh (1992), Akber Abulfazil Sayyeban (1984) və Tovuz rayon sakini Taleh Bəybala oğlu Abdıyev (1984) xəstəxanaya çatdırılıblar.
Hadisə rayonun Şıxlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta ağır qiymətləndirilir.
Zərərçəkənlərin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.