Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti orta ağırdır.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Qəbələ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) 23.10.2026-cı il tarixində saat 18:30-da Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2010-cu il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir və hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir".
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimlikləri məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Qəbələ şəhəri ərazisində baş verib. Şəhər ərazisində hərəkətdə olan "Opel" markalı iki avtomobil toqquşub.
Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər - 2010-cu il təvəllüdlü Elcan Əşrəfov və Osman Abdulkərimov, 2007-ci il təvəllüdlü Samin Osmanov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Mirzəyeva
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.