Qəbələ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ-2106 avtomobilinin sürücüsü 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyev, "Opel" markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Adil Məmmədov və "Opel" də olan sərnişinlər - 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova xəsarət alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətini açıqlayıb.
Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, oktyabrın 20-də saat 14:50-də Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər (iki kişi, üç qadın) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və sınıqları, qabırğaların, alının açıq yaraları diaqnozları təyin olunub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alanlardan iki nəfərin (bir kişi, bir qadın) vəziyyəti ağır, bir nəfərin (kişi) orta ağır, bir nəfərin (qadın) vəziyyəti stabil qiymətləndirilir və müvafiq şöbələrdə müalicələri davam etdirilir. Bir nəfər isə (qadın) göstərilən tibbi xidmətlərdən sonra qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Nohurqışlaq ərazisində baş verib.
Hadisə zamanı VAZ-2106 markalı avtomobil və "Opel" markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli