Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12