Qubada avtomobil aşıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, rayon sakini Bayaz Sabir oğlu Ədilov Susay kəndi ərazisində idarə etdiyi VAZ-21010 markalı avtomobili aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Bayaz oğlu Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Qadir Əmrağa oğlu Məmmədov, Rəvan Bəybala oğlu Daşdəmirov və Rafiq Bəhruz oğlu Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.