Qubada göbələkdən zəhərlənənlərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-si saat 06:40-da zəhərlənmə şübhəsilə üç nəfər (iki nəfər kişi cinsli, bir nəfər qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1959-cu il (2 nəfər) və 1997-ci il təvəllüdlü şəxslərə dispepsiya (Mədənin və bağırsaqların funksional pozulması) diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilir.
Aygün Mirakif
Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.
Oxu.Az xəbər verir ki, Quba rayonunun Zərqava kəndində üç nəfər göbələkdən zəhərlənib.
Həmin kəndin sakinləri - İqlimə Şahgədə qızı Seyidova, Seyid Mövlud oğlu Seyidov və Ümman Seyid oğlu Seyidov meşədən göbələk toplayıb yedikdən sonra özlərini pis hiss ediblər.
Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov