Qubada 52 yaşlı kişi evində yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Paşaoba kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov avqustun 11-də yaşadığı evin mətbəxində baş vermiş yanğın nəticəsində aldığı yanıq xəsarətlərindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli