Quba rayonunda dəm qazından ölən şəxslə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vüqar Qədirağa oğlu Atayev Dağlı kənd tam orta ümumtəhsil məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərirmiş.

Quba rayonunda kişi dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az-ın məlumatına görə, Vüqar Qədirağa oğlu Atayev Quba rayonu, Dağlı kəndində yerləşən evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazının zəhərlənərək vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.