Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qubada qaya uçqununa görə bağlanan yolda hərəkət bərpa olunub
Qubada qaya parçalarının düşməsi səbəbi ilə bağlanan yolda hərəkət bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, Quba-Qonaqkənd yolunun 31-ci kilometrində qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.
"Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AAYDA-dan məlumat verilib.
Bildirilib ki, yolun hərəkət hissəsinə düşən qaya parçalarının kənarlaşdırılması işləri aparılır:
"Qısa müddətdə yolda hərəkət bərpa olunacaq".
Aləmdə Nəsib
Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb.
Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlərə başlanılıb.