Əfqanıstanın Pakistanla sərhəd ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Oxu.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytına istinadla xəbər verir.
Məlumata görə, yeraltı təkanların maqnitudası 5,9 olub. Təbii fəlakətin episentri Tacikistanda yerləşən İşkaşım kəndindən 61, Pakistandakı Minqora şəhərindən isə 189 kilometr aralıda yerləşib.
Zəlzələnin ocağı öz növbəsində 89 kilometr dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.