Noyabrın 3-də saat 12:40-da Quba-Qusar avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, 1979-cu il və 1988-ci il təvəllüdlü şəxslərə epidural hematoma, alın sümüklərinin, sol bazu və sağ əlin sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri orta-ağır qiymətləndirilən hər iki pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".
Məhərrəm Əliyev
Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 99-DO-828 dövlət qeydiyyat nişanlı "MAN" markalı yük avtomobilinin sürücüsü Rasim Mutayev idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişin Sərdar Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev