Sabirabadda yük maşını ilə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, vəziyyəti ağır olan şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
"Dekabrın 21-i saat 20:20-də bir nəfər (qadın) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib. Vəziyyəti ağır olan şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", - məlumatda qeyd olunub.
Sabirabadda yük maşını ilə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsində yük avtomobili ilə 99-OR-976 dövlət nömrə nişanlı "Chevrolet" markalı minik maşını toqquşub.
Toqquşma nəticəsində minik avtomobilin sürücüsü xəsarət alıb.
Aygün Mirakif