Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şagirdinin valideyninə qarşı dələduzluq edən müəllim cinayət məsuliyyətindən azad edildi
Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səmayə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və S.Həsənova cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, Səmayə Həsənova əvvəlcədən tanıdığı və normal münasibəti olduğu, qonşuluqda yaşayan zərərçəkmiş şəxs M.M.-in (şərti) universitetə qəbul ola bilməyən oğlunu Gəncə Dövlət Universitetinə tələbə kimi qəbul olunmasını təşkil edə biləcəyi barədə yalan vəd verib. O, 2023-cü ildə həmin işin görülməsi müqabilində zərərçəkmişdən özünün yaşadığı evdə 8000 manat pul vəsaitini alaraq dələduzluq edib.
Məhkəmə iclasında Səmayə Həsənova elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ixtisasca ingilis dili müəllimidir və uşaq hazırlığı ilə məşğul olur.
O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, M.M.-ə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
- İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı
- Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
- Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir
Rəylər