Salyan rayon sakini Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsində həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə Mozdok şəhəri yaxınlığında baş verib.
Avtoqəza nəticəsində Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Tural Mirqubad oğlu Ağalarov koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Lakin o, xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, mərhum ailənin yeganə oğul övladı olub.

Aqil Vəlili