Salyan rayonunda baş verən ailə davasında bıçaqlanan iki nəfərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30-da 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir".
İqbal Ziya
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kişi ailə münaqişəsi zəmnində anasını, atasını və arvadını bıçaqlayıb.
Hadisə nəticəsində ana - Çiçək Musa qızı İsmayılova aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya çatdırılıb.
Məlumata görə, yaralılar 1966-cı il təvəllüdlü Ağabala İsmayılov və onun gəlini - 1988-ci il təvəllüdlü Təranə İsmaylovadır.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İsmayılov Pərvin polis əməkdaşları tərəfindən saxlanılıb.
İqbal Ziya