Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.
Oxu.Az bildirir ki, ağır yol-nəqliyyat hadisəsində xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Səbuhi Şakir oğlu Məmmədov Reanimasiya şöbəsində ölüb.
Salyanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə oktyabrın 7-si saat 15:10-da 8 nəfər (dörd qadın, dörd kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən ikisinin vəziyyəti ağır, altısının vəziyyəti isə stabil qiymətləndirilir".
Aygün Mirakif
Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.