Samuxda 15 yaşlı yeniyetməni avtomobil vurub.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan yeniyetmə Gəncədəki xəstəxanalardan birinə aparılıb.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.