Şəmkir rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Tamella Nuriyevanı minik avtomobili vurub.
Ağır xəsarətlər alan 71 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.