Şəmkirdə avtomobilin körpüdən aşması nəticəsində həlak olan sürücü hərbi qulluqçu olub.
Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Nurəddin Natiq oğlu Mirzəyev VAZ-2106 markalı şəxsi avtomobildə hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib:
"Məlumatı təsdiq edirik. Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli