Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.
Anar Tağıyev