Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb.
Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb.
19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb.
"Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçüncü mərtəbədə yaşayan qız yıxılıb. Deyəsən, əlində telefon olub. Yerə düşəndə başı dəmir boruya dəyib", - deyə hadisə şahidi bildirib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Aysel Əlizadənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ətraflı Baku TV-nin videomaterialında:
Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.
2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsinin balkonunda iş görərkən ehtiyatsızlıqdan yıxılıb.
19 yaşlı qız Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Əlizadəyə sol baldır sümüyünün sınığı diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Samir Əli