Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az "Report"a istinadən verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12