Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Yeni Zelandiya və Misir yığmaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma misirlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 15-ci dəqiqəsində Yeni Zelandiyanın heyətində Finn Serman komandasını hesabda önə keçirib. Oyunun ikinci hissəsində Misir Mustafa Ziko (58-ci dəqiqə), Məhəmməd Salah (67-ci dəqiqə) və Trezeqenin (83-cü dəqiqə) qolları ilə geridönüş etməyi bacarıb.
İki turdan sonra Misir 4 xalla qrup lideridir, aktivində 1 xalı olan Yeni Zelandiya isə sonuncudur. Hərəyə iki xal toplayan İran və Belçika yığmaları 2 və 3-cü yerləri bölüşdürürlər.