Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yolu keçmək istəyən kişi piyadanı "Toyota Prius" markalı minik avtomobili vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həlak olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.