Sumqayıt şəhərində 21 yaşlı gəncin ölümü ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, o, idman zalında vəfat edib.
Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov şəhərin 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edən zaman halı qəfil pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Adil Eyvazov mənzilin eyvanından yıxılaraq hadisə yerində ölüb. Onun ehtiyatsızlıq nəticəsində yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov