Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12