Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sumqayıtda mübahisə qanla bitdi: Saxlanılan var
Sumqayıt şəhərində 31 yaşlı kişini bıçaqlamada şübhəli bilinən şəxs saxlanılıb.
Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında deyib.
"Dekabrın 22-si gecə saatlarında Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində Kəngərli rayon sakini 1993-cü il təvəllüdlü T.Məmmədova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini 1993-cü il təvəllüdlü D. Əlixanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır.
"1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) 22-si saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, biləyin, əlin və diz oynağının açıq yarası diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Əzizə İsmayılova
Sumqayıtda 31 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Təbriz Məmmədov aralarında baş vermiş mübahisə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər