Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sumqayıtda qadın həmcinsini bıçaqladı: TƏBİB-dən AÇIQLAMA
Sumqayıt şəhərində bıçaqlanan qadının son durumu məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanan şəxs ambulator müalicə üçün evə buraxılıb.
"Martın 4-ü, saat 13:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1966-cı il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.
"Qarnın beldən aşağı hissəsinin və çanağın açıq yarası diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. O, xəstəxanada yatışdan imtina edərək yazılı iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.