Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Volvo" markalı yük avtomobilinin idarəetməni itirərək məlumat lövhəsinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Mahmud Sultan oğlu Sultanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.