Bakı şəhəri, Suraxanı rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil ilə "Hyundai Tucson" markalı maşın toqquşub.
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsünün xəsarət aldığı bildirilib.
Sözügedən hadisədən görüntünü təqdim edirik:
Aygün Mirakif