Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Avtosfer.az-a istinadla bildirir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb.
İşıqforun bərpasınadək həmin ərazidə hərəkət iştirakçılarının daha diqqətli olmaları tövsiyə edilir.
Qaynar xətt:
(055) 224 12 12