Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad sakini dəfn olundu
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"