Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təyyarə qəzasında həyatını itirən 19 yaşlı Xədicə Qusarda dəfn olundu
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qırğızıstan təyyarə qəzası ilə əlaqədar Qazaxıstana nümayəndə heyəti göndərəcək
- Təyyarə qəzasında zərərçəkmiş şəxslər səbəbkar olan ölkəyə qarşı iddia qaldıra bilərlər
- "Haber Global": "AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır"
- "FlightRadar24" qəzaya uğrayan təyyarənin uçuşunun radarda görünməyən hissəsini dərc etdi
- Aygün Attar: "Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır"
Rəylər