Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində qeydə alınıb. Şəhər ərazisində hərəkətdə olan VAZ-2104 avtomobili yolu keçən piyada, 1951-ci il təvəllüdlü Ədalər Bayramovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli