Tovuzda sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 11-də, saat 23:50-də Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1988-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.
Qeyd olunub ki, Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtobus VAZ-2106 markalı minik maşını ilə toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur.
Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.