Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Çaylı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 1993-cü il təvəllüdlü Aytac Faiq qızı Rüstəmovanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Oxu.AZ-ın məlumatına görə, hadisə nəticəsində avtomobildə olan iki bacı dünyasını dəyişib.
Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova hadisə yerində ölüblər.
Samir Əli
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan "Lexus" markalı minik avtomobili idarəetməni itirərək Mil-Muğan kanalına düşüb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, avtomobili idarə edən qadın və nəqliyyat vasitəsində olan şəxslər toy mərasiminə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.