Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda onlarla cinayətdə təqsirli bilinən 17 yaşlı A.Ç. ələ keçib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, saxlanılan şəxs çox sayda oğurluq hadisəsinə görə 95 il 2 ay 9 gün həbs cəzası alıbmış. Qatı cinayətkar həbsdən qaçsa da, polisin keçirdiyi əməliyyat zamanı yenidən tutulub.
Xəbərdə bildirilir ki, 17 yaşlı türkiyəlini polis gizləndiyi yerdə cinayət başında yaxalayıb.