Ucar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.
Göyçay rayonunun Alpout kənd sakini, 54 yaşlı Mirsaab Qasım oğlu Qasımov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobili arxaya sürərkən, Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada Əbülfət Ağəli oğlu Məmmədovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12