Ucarda 16 yaşlı Əlisəfa Hacıyevin kanalda batmasının təfərrüatı məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə yeniyetmənin əmisi Hikmət Hacıyev danışıb.
Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21 radələrində alıblar:
"Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".
Əmisi bildirib ki, Ə.Hacıyev 9-cu sinfi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Ə.Haciyev ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.
Ucarda kanalda batan gəncin meyiti tapılıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Ucar şəhər sakini 16 yaşlı Ə.Hacıyevin meyitini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sudan çıxarıblar.
Qeyd edək ki, hadisə 10 iyul Ucar rayonunun Qəzyan kəndi ərazisindən keçən kanalda baş verib.