Xırdalanda fəhlə üçüncü mərtəbədən yıxılaraq ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar İsa oğlu Nastakalov fəhlə işlədiyi, tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.