"Mən, həyat yoldaşım və oğlum işdə idik. Qaynımla qızım evdə olub. Daha sonra qaynım da harasa gedib".
Oxu.Az xəbər verir ki, bunu Xırdalanda yanan evin sahibi Zəminə Abbasova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hadisə baş verəndə evdə təkcə qızı olub:
"Yaxşı ki, qızım yanmayıb. Evdən heç nə çıxarmaq mümkün olmadı. 35 illik zəhmətim hədər getdi".
Ətraflı Baku TV-nin süjetində:
Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Oxu.Az bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.
Oxu.Az FHN-in Mətbut Xidmətinin məlumatına istinadən bildirir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.