Yevlax rayonunda 26 yaşlı kişi kanalda boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində baş verib.
Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən batıb.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib, hazırda axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12