Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi - 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.
Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı baba və nəvəni vurub. Nəticədə nəvə hadisə yerində həlak olub, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.