Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
Ötən gün Zaqatala rayonunun Muxax kəndi ərazisində bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alanlardan bir nəfərin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir
"Martın 13-də, saat 14:50-də Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aralarında iki azyaşlı olmaqla yeddi nəfər (ikisi qadın, beşi kişi) bədənin müxtəlif dərəcəli travmaları diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Onlardan bir nəfər (kişi cinsli) artıq ambulator müalicə üçün evə buraxılıb.
Beş nəfərin (ikisi azyaşlı olmaqla) vəziyyəti qənaətbəxş qiymətləndirilir və müalicələri davam etdirilir. Xəsarət alanlardan bir nəfərin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova